İstifadə şərtləri
Son yenilənmə: 2026-05-29
1. Ümumi müddəalar
Bu sənəd INOVA Healthcare MMC (bundan sonra — "Təşkilatçı") tərəfindən təşkil olunan "Fokusda Qadın" tibbi konfransına (bundan sonra — "Tədbir") qeydiyyat və saytın istifadəsi qaydalarını müəyyən edir. Saytdan istifadə etməklə siz bu şərtləri qəbul etmiş sayılırsınız.
2. Qeydiyyat və iştirak
- Qeydiyyat zamanı düzgün və tam şəxsi məlumatlar təqdim edilməlidir.
- Qeydiyyat ödənişin tam həcmdə daxil olduqdan sonra təsdiqlənmiş sayılır.
- İştirakçı sertifikatı yalnız Tədbirin bütün sessiyalarında iştirak edən şəxslərə təqdim olunur.
- Təşkilatçı zərurət yarandıqda Tədbirin proqramında, spikerlərində və ya tarixində dəyişiklik etmək hüququnu özündə saxlayır.
3. İştirakçının öhdəlikləri
- Tədbir məkanında daxili qaydalara və ümumi etik normalara riayət etmək.
- Qeydiyyat zamanı təqdim edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarının doğruluğuna görə cavabdehlik daşımaq.
- Təşkilatçının yazılı icazəsi olmadan Tədbir materiallarını kommersiya məqsədilə yaymamaq.
4. Təşkilatçının məsuliyyəti
Təşkilatçı Tədbirin elan edilmiş proqram çərçivəsində keçirilməsinə, iştirakçıların qeydiyyat materiallarının (sertifikat, proqram, kofe-breyk və s.) təqdim olunmasına cavabdehdir. Təşkilatçı iştirakçının şəxsi əşyalarına, sağlamlığına və ya üçüncü tərəflərlə yaranan münasibətlərə görə məsuliyyət daşımır.
5. Mübahisələrin həlli
Yaranan bütün mübahisələr ilk növbədə danışıqlar yolu ilə həll edilir. Razılığa gəlinmədikdə, mübahisə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur.
6. Əlaqə
Suallar üçün: +994 10 239 53 56 · info@inova-healthcare.com